“Alberto” qasırğası 4 nəfərin həyatına son qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

Kubada “Alberto” qasırğası səbəbindən azı 4 nəfər həlak olub.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Kubanın daxili işlər naziri Xulio Sezar Qandarilya bildirib. Nazirin sözlərinə görə, Syeqo-de-Avila əyalətində iki, Vilya-Klara və Sankti-Spiritus vilayətlərinin hər birində isə bir ölüm faktı qeydə alınıb.

Kuba hökumətinin son məlumatına əsasən, təbii fəlakətlə əlaqədar Sankti-Spiritus, Vilya-Klara və Syenfueqos vilayətlərində, ümumilikdə, 15 min nəfər təxliyə olunub. Həmçinin təxminən 44 min ev elektriksiz qalıb, telefon əlaqəsində problemlər yaranıb.

Paylaş