Omanda “Mekunu” qasırğası nəticəsində 7 nəfər ölüb.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, son bir neçə gündə Omanda yağan yağışın miqdarı illik normadan üç dəfə artıq olub, küləyin sürəti saatda 190 kilometrə çatıb.
Təbii fəlakət nəticəsində 8 nəfər itkin düşüb. Yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Omanın bəzi bölgələrində avtomobil yolları dağılıb, elektrik xətləri sıradan çıxıb, su təchizatı sistemində ciddi çətinliklər yaranıb.