İranın cənub bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 05:08-də qeydə alınan yeraltı təkanların episentri Kirman şəhərindən 164 km cənubda, ocağı 24 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.