Şəfaverici xassələri olan qoz yarpaqlarının MÖCÜZƏVİ FAYDASI

Google+ Pinterest LinkedIn Tumblr +

Qoz – təbiətin əvəzsiz töhfəsidir. Qoz ləpəsinin orqanizm üçün üstünlükləri çoxdur.

Biosfer.az Publika.az-a istinadən xəbər verir ki, qoz yarpaqları da şəfaverici xassələrə malikdir. O, bir çox xəstəliklərin müalicəsində inanılmaz vasitə hesab olunur. Bu yazıda oxucuları qoz yarpaqlarının müalicəvi xassələri haqqında və qoz çayının hazırlanması ilə tanış edəcəyik.

Bunun üçün ilk növbədə təzə qoz yarpaqları tapmaq lazımdır. Onları ancaq may və iyunda yığsanız, yaxşı olar. Çünki bu dövrdə qoz yarpaqlarının şəfaverici xüsusiyyətləri daha güclü olur.

Qoz yarpaqlarından siz yaraya dəri iltihabının aradan qaldırılması üçün kompres edə bilərsiniz. Podarqa və revmatizm müalicəsində də onu tətbiq edirlər.

Qoz yarpaqları ciddi göbələk və bakterial infeksiyaların müalicəsində uğurla istifadə olunur. Onlar qastritdə, mədə və bağırsaq yaralarında, həmçinin, dəri iltihabı müalicəsində faydalıdır.

Qoz yarpaqlarının çayı bağırsaq infeksiyalarını aradan qaldırmağa qadirdir, immuniteti möhkəmləndirməyə kömək edir, ikinci tip şəkər xəstəliyində isə qanda şəkərin səviyyəsini normallaşdırır.

Qoz yarpaqlarından çay hazırlanması:

350 ml suya 2 çay qaşığı xırdalanmış quru qoz yarpaqları əlavə edin. Onu 1-2 dəqiqə qaynadın. Qaynadıqdan sonra süzgəcdən keçirin və soyumasını gözləyin. Bu çaydan gündə 2 və ya 3 fincandan artıq içmək məsləhət görülmür.

Kompres hazırlanması:

30 ml suya 3 xörək qaşığı quru qoz yarpağı əlavə edin və 2-3 dəqiqə ərzində qaynamasını gözləyin. Soyuduqdan sonra süzgəcdən keçirin. Axşamları ilıq kompres qoymaq və sabaha qədər saxlamaq tövsiyə edilir.

Bəzi insanlarda qoz yarpaqları allergik reaksiyalar, ürək bulantı, qusma və ya qarın ağrısı kimi semptomlar yarada bilər. Əgər ilk fincandan sonra bu əlamətləri hiss etsəniz, ondan istifadə etməyin.

Paylaş