Oğuzda yanğın hadisəsi baş verib.
Biosfer.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Xaçmaz kəndində Meşə təsərrüfatı idarəsinin ərazisində 0,9 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.