Rusiyada 90 min adamı gənə dişlədi

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyada son iki ay ərzində 90 min nəfərə yaxın insan gənə dişləmələri səbəbindən həkimə müraciət edib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, həkimə müraciət edənlər arasında borrelioz, erlixioz, anaplazmoz kimi xəstəliklər aşkarlanıb.

Buna baxmayaraq, Rusiya Səhiyyə Nazirliyi ötən ilin müvafiq dövrünə nisbətən gənə dişləmələrinin 5 faiz azaldığını bəyan edib.

Ən çox gənə dişləmələri Kemerovsk, İrkutsk, Sverdlovsk, Sankt-Peterburq və Altayda qeydə alınıb.

Paylaş