Son 5 ildə Xəzər dənizinin Azərbaycan hissəsində nə qədər dəniz suyunun duzsuzlaşdırılması, yəni nə qədər təmiz su istehsal olunması açıqlanıb.
Biosfer.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiətin Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyində keçirilən mətbuat konfransında bildirib ki, 2013-cü ildən bugünədək Xəzər Dənizinin Suyunun Duzsuzlaşdırılması Kompleksi 3 894 634 kubmetr həcmində dəniz suyu qəbul edilib və bundan 1 687 995 kubmetr həcmində təmiz su istehsal olunub.
O bildirib ki, kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb: “Burada 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir”.
Şöbə müdirinin sözlərinə görə, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifadə edilir.