Payızda respublikada 921 min meyvə tinginin yetişdirilməsi planlaşdırılır

Google+ Pinterest LinkedIn Tumblr +

Mayın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Yaşıllıqlar, onların qorunması və dəniz suyunun duzsuzlaşdırılması” mövzusunda mətbuat konfransı keçirilib.

Biosfer.az xəbər verir ki, konfransda nazirliyin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramil Əşrəfov və ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə iştirak ediblər.

R.Əşrəfov sədrlik etdiyi cəmiyyətin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, bu ilin dörd ayı ərzində 35 hektarda 16500 ağac əkilib. Zeytun, badam, nar, tut ağaclarından ibarət aqrobağlar salınıb. Əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilib. Bu ilin payızında 921 min meyvə tinglərinin yetişdirilməsi planlaşdırılır: “2018-2021-ci illər ərzində 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur. Hazırda tinglik sahələrində 2 milyon 535 min 870 müxtəlifcinsli ting mövcuddur”.

Nazirlik rəsmisi 2008-ci ildən etibarən respublikanın magistral avtomobil yollarının ətrafında 4443 hektar ərazidə 5 milyon 439 min 580 müxtəlifcinsli ağac əkildiyini deyib.

Paylaş