Quşlar həyatda qalmaları üçün lələklərinə qulluq edir, onları təmiz saxlayırlar.
Biosfer.az xəbər verir ki, lələklərinə qulluq edərkən quşlar quyruqlarının altında yerləşən xüsusi piy qatından istifadə edirlər. Bu piy vasitəsilə onlar lələklərini təmizləyirlər. Suda üzə bilən quşları isə bu qat islanmağa və batmağa qoymur.
Eyni zamanda, lələklər quşların bədən temperaturlarının aşağı düşməsinin də qarşısını alır. İsti havalarda isə sıx düzülmüş lələklər quşu istidən qoruyur.