İranda zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İranın mərkəzi bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 05:17-də qeydə alınan yeraltı təkanların episentri Bafq şəhərindən 61 km şimal-şərqdə, ocağı 9 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Paylaş