Ötən günün ikinci yarısında Yardımlı rayonuna güclü yağış və dolu yağıb.
Biosfer.az “Report” a istinadən xəbər verir ki, təbiət hadisəsi rayonun Deman və ona bir neçə yaxın kənddə qeydə alınıb.
Əvvəlcə 1 saata yaxın şimşəklə müşahidə olunan güclü yağış, ardınca isə dolu yağıb.
Yerli sakinlərin sözlərinə görə, güclü yağış və dolu təsərrüfata ciddi ziyan vurmayıb. Lakin yolu su basıb.