Rusiyada meşə yanğınları 66,6 min hektara çatdı

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın Uzaq Şərqində meşə yanğınlarının sahəsi son sutka ərzində 66,6 min hektara çatıb.

Biosfer.az “İnterfaks”a istinadən xəbər verir ki, yeni meşə yanğınları Saxalin vilayətində qeydə alınıb. Yanğınlar əsasən Amur, Xabarovsk, Krasnoyarsk və Zabaykalye diyarında baş verib.

Alovun söndürülməsinə 2600 canlı qüvvə, 550 ədəd texnika və 42 təyyarə cəlb olunub.

Paylaş