Kamçatkada Klyuçevskaya Sopka vulkanı havaya kül-toz püskürüb.
Biosfer.az Trend-ə istinadən xəbər verir ki, vulkanda oyanış barədə Rusiya Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka qrupu xəbər yayıb. Qeyd olunur ki, vulkan külü 5,5 km hündürlüyə püskürüb.
Tüstü 85 km cənub-şərq istiqamətində yayılıb, lakin Fövqəladə Hallar Xidməti yaxınlıqdakı yaşayış məntəqələri üçün heç bir təhlükə olmadığını qeyd edib.
Qeyd edək ki, Avrasiyanın aktiv olan bu vulkanı 4750 metr hündürlükdə yerləşir.