İtlər 12 uşağı parçaladı

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın Uttar Pradeş əyalətinin Sitapur bölgəsində son bir həftədə 12 azyaşlı vəhşi küçə itlərinin hücumlarının qurbanı olub.

Biosfer.az Teleqraf.com-a istinadən xəbər verir ki, yerli polis məmuru Anand Kulkarni bölgədə azyaşlılara itlərin hücum faktlarının son aylar artdığını bildirib.

Azyaşlılar nəzarətsiz ərazilərdə oynayarkən itlərin hücumuna məruz qalıb. Yırtıcıların parçaladığı uşaqlardan 12 nəfər ölüb, onlarla şəxs yaralanıb.

Dünyasını dəyişən uşaqların çoxu 5-12 yaş arasındadır.

Valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edirlər.

Paylaş