Malayziyada altıayaqlı qeyri-adi canlı tapıldı – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Malayziyada altıayaqlı qeyri-adi canlı aşkarlanıb.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, onun görüntüsünü əks etdirən videoçarx internetə yerləşdirilib.

Görüntülərə əsasən, ağ rəngli canlı həşərata bənzəyir. O, torpağın üzərində 6 pəncəsinin üzərində hərəkət edir.

Videogörüntüdə insanların onun fotolarını çəkdiyi zaman qeyri-adi canlının bundan narahatlıq keçirmədiyi görünür. İnternet istifadəçiləri onun hansı heyvan növünə məxsus olduğunu tapmağa çalışırlar.

Qeyri-adi canlının mənşəyi ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Paylaş