Naməlum şəxslər Qusarda təbiətə ziyan vurdu

Google+ Pinterest LinkedIn Tumblr +

Qusar rayonu Yasab kəndi ərazisində yaş köküstə 40 sm diametrliyində 1 ədəd söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Biosfer.az-a verilən məlumata görə, ağacı kəsənin şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Faktla bağlı akt tərtib olunub və təbiətə 400 manat ziyan dəydiyi müəyyən edilib.

Qanun pozucusunun müəyyən edilməsi üçün Qusar rayon Polis Şöbəsinə məktub göndərilib.

Paylaş