Masallıda şam ağacı kəsildi – Təbiətə 700 manatlıq ziyan

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib.

Departamentdən Biosfer.az-a bildirilib ki, reyd zamanı Masallı Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı ərazidə diametri 36 santimetr olan yaşköküstə 1 şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manatlıq ziyan dəydiyi məlum olub.

Hazırda qanun pozucusunun müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.

Paylaş