Böyük Britaniyada, Londonun “Hitrou” hava limanında 1 yaşlı 50 timsah balası, onların daşınmasının qaydaları pozulduğuna görə, müsadirə edilib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, timsahlar Malayziya reysi ilə gətirilib. Dörd timsahın daşınması üçün nəzərdə tutulan beş ədəd yeşikdə ümumilikdə 50 timsah gətirilib.
Yer çatışmamazlığından onların bir-birinə hücum etməyi nəticəsində heyvanlardan biri ölüb.