Azərbaycan çaylarındakı və transərhəd çaylarındakı mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Biosfer.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 60-140, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Mayın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 424 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 41 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.
Eyni zamanda mayın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 12, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 337 sm (2017-ci il mayın 4-də 352 sm), Şirvanda 197 sm (2017-ci il mayın 4-də 215 sm), Salyanda 123 sm (2017-ci il mayın 4-də 138 sm), Bankədə, 167 sm (2017-ci il mayın 4-də 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 53 sm (2017-ci il mayın 4-də 65 sm) təşkil edir.