Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlandı

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Biosfer.az-a açıqlamasında deyib ki, mayın 3-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi qərb rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var: “Növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir”.

Onun sözlərinə görə, mayın 4-ü gündüzdən etibarən hava şəraitinin arabir yağışlı olacağı gözlənilir.

Direktor qeyd edib ki, növbəti iki-üç gündə ölkə ərazisində şərq küləyi əsəcək.

Paylaş