Fici adaları yaxınlığında zəlzələ

Google+ Pinterest LinkedIn Tumblr +

Sakit okeanda, Fici adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

Biosfer.az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Ficinin paytaxtı Suvadan 379 kilometr şərqdə, ocağı isə 572 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Paylaş