Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ olub.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla 07.47-də (Bakı vaxtı ilə 06.47-də) adanın şərqindəki Hualyan yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
Zəlzələnin episentri 15 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat hələlik verilmir.