Ağdamda aqronomu ilan sancdı

Google+ Pinterest LinkedIn Tumblr +

Ağdamda 52 yaşlı kişini ilan sancıb.

Biosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Əfətli kəndində baş verib. Ağcabədi rayon sakini Orucov Fazil Atakişi oğlu aqronom kimi çalışdığı Əfətli kəndində pambıq sahələrinə baxış keçirərkən sol əlindən ilan sancıb.

F. Orucov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib.

Paylaş