İsveçrədə Alp dağlarında 6 nəfər soyuqdan donaraq ölüb.
Biosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fransa, Almaniya və İtaliya vətəndaşlarından ibarət 14 nəfərlik qrup ötən gün dağa qalxmağa başlayıb. Lakin sonra havanın temperaturu kəskin aşağı düşüb.
Xilasedici əməliyyata yeddi helikopter cəlb edilib. 5 nəfərin vəziyyəti kritikdir.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.