Tacikistanın paytaxtı Düşənbə yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Avropa Aralıq dənizi Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Düşənbədən 151 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.