Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak arasında görüş keçirilib.
ETSN-in mətbuat xidmətindən Biosfer.az-a verilən məlumata görə, görüş zamanı meşələrin mühafizəsi sahəsində idarəetmə sisteminin optimallaşdırılması, su bioresurslarının davamlı idarə edilməsi və ekoturizmin inkişafı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində ETSN ilə FAO arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.