ƏHALİYƏ XƏBƏRDARLIQ: Özünüzü zəhərli həşəratlardan gözləyin!

Google+ Pinterest LinkedIn Tumblr +

London hökuməti əhaliyə şəhərdə yayılan zəhərli həşəratlarla bağlı xəbərdarlıq edib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət palıd barama qurdunun sürfələrindən gedir. Onların bədəni zəhərli maddələri özündə saxlayan tüklərlə örtülüb. Bu da bədəndə səpgiyə, ürəkbulanmaya və astmaya səbəb olur.

Yerli meşə cəmiyyətinin açıqlamasına görə, şəhər parklarında artıq belə həşəratların çoxlu yuvaları aşkarlanıb. Lazımi qurumlar bunun qarşısını almaq üçün tədbirlər görür.

Paytaxt sakinlərinə özləri ilə yanaşı, ev heyvanlarını da bu həşəratlarla kontaktdan qorumaq tövsiyə olunub.

Paylaş