4 min rusiyalı gənə üzündən “xəstəxanalıq oldu”

Google+ Pinterest LinkedIn Tumblr +

Son bir ay ərzində gənə dişləməsi ilə əlaqədar 4 min rusiyalı xəstəxanalara müraciət edib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, bu, Rusiyada martın 15-dən başlayaraq gənə virusu ensefaliti ilə bağlı keçirilən monitorinqlər nəticəsində məlum olub.

Qeyd olunur ki, gənə dişləməsindən zərər çəkən 4 min nəfərdən 1600-ə yaxını uşaqdır.

Həmin müddət ərzində gənə ensefalitinə qarşı peyvənd olunan ölkə sakinlərinin sayı 1 milyon nəfəri keçib.

Paylaş