Turistlər Yaponiyaya axışır – Bu mənzərəni görmək üçün – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyada 17 metr hündürlüyündə qar divarlar arasında yerləşən, qeyri-adi görünüşü ilə seçilən “Yaponiya damı” adlı turist marşrutu açılıb.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, təqribən 90 kilometr uzunluğunda olan marşrut Tokionun şimalında yerləşən Toyama və Naqano prefekturalarından keçir.

Marşrut boyunca ölkənin ən hündür şəlaləsi, həmçinin bəzi yerlərdə hündürlüyü 17 metrə çatan qar divar yerləşib. Bu qeyri-adi mənzərəni seyr etmək üçün həm yerli, həm də əcnəbi turistlər həmin marşruta böyük maraq göstərirlər.

Təqribən beş ay davam edən ağır hava şəraitinə görə bağlı qalan yol nəhayət açılıb və həvəskarlar Murodo yüksəkliyinə qalxaraq marşrutun ən yüksək – 2450 metr hündürlüyündən ətrafı seyr etmək imkanı qazanıblar.

Paylaş