İndoneziya sahillərində güclü zəlzələ olub.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti yeraltı təkanların 5.6 bal gücündə qeydə alındığını bildirib.
Zəlzələ Cayapura şəhərindən 290 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.