Avstraliyada balıqçı balina köpəkbalığını qeysəriyyə əməliyyatı edib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb. Balıqçı əməliyyatla ölü akulanın qarnından 100-ə yaxın balanı xilas edib.
46 yaşlı Metyu ölü akulanın qarnında hərəkətlilik gördüyü üçün bıçaqla kəsib: “Mən sadəcə hissiyatıma qulaq asdım. Əvvəllər heç vaxt belə əməliyyat etməmişdım. Çoxdandır balıqçılıqla məşğul olduğum üçün təcili nəsə etməli idim”.
Uğurlu “əməliyyat”dan sonra avstraliyalı balıqçı köpəkbalığının balalarını suya buraxıb.