Dünyada ən böyük okeanarium Sinqapurda yerləşir.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, 2012-ci ildə tikilən kompleksin adı “Marine Life Park” adlanır. Əyləncəli kompleks yerli sakinlərin və turistlərin ən çox sevdiyi məkanlardan biridir.
Okeanariumda istənilən ölçüdə və rəngarənglikdə 100 mindən çox dəniz və okean canlısını görmək mümkündür.
“Marine Life Park”da suyun altında yaşayan 800 növ canlı saxlanılır.
Okeanariumun ümumi həcmi heyranedicidir. Sizə zarafat gəlməsin, söhbət 45 milyon litr sudan gedir.
Obyektin daxili sahəsi 10 bölmədən ibarətdir. Onların hər birində ayrı-ayrı balıq növləri və digər dəniz canlıları saxlanılır.
Tamaşaçılar balıqları, delfinləri, dəniz atlarını və digər canlı orqanizmləri şüşənin arxasından izləyə bilirlər.
Akvariumun eni 36 metrdir. Bəzən turistlər saatlarla burada oturur, sakitlikdən zövq alırlar.
Bu su tunelinin içində olarkən insan özünü böyük okeanda kiçik bir balıq kimi hiss edə bilər.
Cəlal
- 4-24-12 — Sea Life Aquarium, Grapevine, Texas