Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Konya şəhərindən 98 kilometr cənub-qərbdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.