Amazonka və Qalapaqosda istixana qazları məhdudlaşdırılmasa, bitki və heyvanların yarısı iqlim dəyişikliyinə görə məhv ola bilər.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, belə qənaətə Şərqi İngiltərə universitetinin tədqiqatçıları araşdırma apardıqdan sonra gəliblər.
Araşdırmada qeyd olunur ki, Cənubi Afrikada Miombo savannası, Avstraliyanın cənubi-qərbi hissəsi və Amazonka iqlim dəyişikliyindən daha çox əziyyət çəkir. Əgər qlobal orta temperatur 4,5 dərəcəyə qədər yüksəlsə, bu bölgələrdə ekspertlərin proqnozuna görə, iqlim bir çox bitki və heyvanlar üçün əlverişsiz olacaq.