İki min dollara satılan toyuğun yumurtalarını ölkəyə gətirdilər

Google+ Pinterest LinkedIn Tumblr +

Dong Tao toyuğu olaraq adlanan vyetnamlı əjdaha toyuqlar 2 min dollara satılır. İstanbul Gömrük İdarəsinin əməkdaşlarını Atatürk Hava limanına Vyetnamdan gələn 3 turistin şübhəli hərəkətləri cəlb edib.

Biosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, gömrük işçiləri turistləri bir müddət izləyiblər.

Şübhəlilər Fatih.B, Murad.B və Murad.T-nin gətirdikləri əşyaların içindən 802 ədəd fərqli yumurta çıxıb. Turistlər yumurtaları qırılmasın deyə xüsusi qablaşdırıblar.

Araşdırma nəticəsində yumurtaların Vyetnamda bəslənilən böyük toyuqların olduğu müəyyənləşdirilib. Yumurtaların inkubatora qoyub cücə çıxarmaq üçün gətirildiyi məlum olub.

“Dong Tao” toyuğu olaraq da adlanan əjdaha toyuqlar Vyetnamda 2 min dollara satılır.

 

Paylaş