Ticarət mərkəzində mumyalanmış meymun cəsədi tapıldı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində mərkəzi univermaqda təmir işləri aparan fəhlələr mumyalanmış meymun cəsədi aşkar ediblər.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, cəsəd binanın 7-ci mərtəbəsinin havalandırma şaxtasında tapılıb.

Ticarət kompleksinin rəhbərliyi cəsədin ora düşməsindən xəbərsiz olduğunu bildiriblər.

Məsələ ilə bağlı şəhərin tarixini araşdıran “Old Minneapolis” layihəsinin təşkilatçıları məşğul olub. Onlar sosial şəbəkədə mumyanın şəklini paylaşaraq, internet istifadəçilərindən sirrin açılması üçün kömək istəyiblər. İstifadəçilərdən birinin fikirləri daha məntiqəuyğun olub. O, maqazin əməkdaşından aldığı bilgilərə görə, belə qənaətə gəldiyini yazıb: “Meymun yarım əsr əvvəl zoomağazadan qaçaraq bu binada gizlənib. Ventilyasiya sisteminə düşən heyvan oradan çıxa bilməyərək ölüb”.

Buna inansaq, hadisənin 1960-cı illərə təsadüf etdiyi ortaya çıxır. Həmin ticarət kompleksi 116 il əvvəl tikilib.

Paylaş