Bu gün saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib.
Publika.az xəbər verir ki, yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.
Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
Yanğın qurum əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15:40 radələrində söndürülüb. Yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb.
Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.