Antarktidaya nə qədər qar yağıb?

Google+ Pinterest LinkedIn Tumblr +

Antarktida qitəsində son iki yüz il ərzində qar yağmasında 10 faiz artım qeydə alınıb.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Antarktidaya 1800-1810-cu illərlə müqayisədə 2001-2010-cu illər arasında illik təqribən 272 milyard ton artıq qar yağıb. İllik əlavə qar yağışının hazırda Ölü dənizdəki su həcminin iki qatına bərabər olduğu qeyd edilib.

Antarktidadakı 79 buz nümunəsini analiz edən alimlər qarın nə zaman yağdığı ilə yanaşı, nə qədər yağdığını da araşdırıblar.

Tədqiqatçılar artan yağıntıların Antarktidanın buz təbəqəsinə 1800 və 2010-cu illər arasında hər 10 ildə 7 milyard tonluq kütlə əlavə etdiyini bildiriblər.

Paylaş