İstanbulda güclü duman səbəbindən dəniz reysləri təxirə salınıb.
Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Mərmərə tuneli gücləndirilmiş iş rejiminə keçib.
Sinoptiklərin proqnozuna görə, qeyri-sabit hava şəraiti gün ərzində davam edəcək.