Moskva Dövlət Universitetinin nəbatat bağında qorxulu səhləb çiçəyi bitib.
Biosfer.az xəbər verir ki, bu barədə botanika bağının mətbuat xidməti məlumat yayıb.
Bu gül adətən dünyada yalnız Ekvadorda – 1800-2000 metr hündürlükdə Piçinçi vulkanik dağlarında yerləşən meşələrdə bitir. Səhləbin qönçəsi özündə qara-al qırmızı, yaşıl və ağ rəngləri birləşdirir.