Şamaxıda sürüşmə – Evlər qəzalı vəziyyətə düşdü

Google+ Pinterest LinkedIn Tumblr +

“Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur”.

Biosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, 48-A məhəlləsi sürüşmə sahəsi üzərində mövcud çatların parametrlərində artım qeydə alınıb.

Ekspedisiya rəisi qeyd edib ki, rayonun Muğanlı sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsində mövcud çatların ölçüləri genişlənib.

Qeyd edək ki, Şamaxıda adıçəkilən sürüşmə sahələrinin aktivləşməsi bir neçə evin qəzalı vəziyyətə düşməsinə səbəb olub.

Paylaş