ABŞ-ın Oqayo şatının Yanqstaun şəhər polisi sakinlərdən çoxsaylı şikayətlər daxil olduğunu bildirib.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, polis şikayətlərin şəhərdə fərqli davranışlı yenotların peyda olması ilə bağlı olduğunu deyib.
Sakinlər ətrafda daim yenotlar olduğunu bildirsələr də, bu heyvanların özlərini qəribə apardıqlarını deyiblər. Belə ki, yenotlar axşamlar üzə çıxmalı olduqları halda sakinlər onları gündüzlər də gördüklərini bildirib.
Polis ərazini nəzarətə götürüb.