Rusiyanın Primorye diyarında bəbirlərin sayı artıb

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyanın Primorye diyarında yerləşən milli parkda 2017-ci il ərzində bəbirlərin sayı 14 fərd artaraq 70-dən 84-ə çatıb.

Biosfer.az xəbər verir ki, bu barədə “Bəbir torpağı” milli parkının əməkdaşı TASS-a bildirib. Onun sözlərinə görə, bu gün milli park ərazisində 84 böyük fərd var. Bu, ilk növbədə həm bəbirlərin özlərinin, həm də onların qidalandığı dırnaqlıların mühafizəsi sayəsində mümkün olub.

Paylaş