Kanadanın Ontario əyalətində güclü külək nəticəsində 100 mindən çox abunəçi işıqsız qalıb.
Biosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində, əsasən regionun cənub hissəsi, eləcə də, təqribən 20 min istehlakçının işıqsız qaldığı Toronto və Ottava şəhərlərinin sakinləri əziyyət çəkiblər.
Hazırda qəzanın aradan qaldırılması üçün işlər görülür.
Milli meteobüronun məlumatına görə, Ontarioda küləyin sürəti saatda 90 km-ə çatır.