Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov məlumat verib. Onun sözlərinə görə, qısa müddətdə 2602 hektarda yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 706 hektarı şəkər çuğunduru, 178 hektarı dən üçün günəbaxan, 458 hektarı kartof, 11 hektarı dən üçün qarğıdalı, 8 hektarı noxud, 485 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 751 hektarı çoxillik otlar, 5 hektarı yem üçün sorqo bitkisidir. 91,7 hektarda sarımsaq, 62,5 hektarda baş soğan, 201,5 hektarda xiyar, 7,5 hektarda pomidor, 8,5 hektarda kələm, 113,3 hektarda digər tərəvəz bitkiləri əkilib.
Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Pambıq səpini üçün hazırlıq işləri aparılır.