Çinin fəaliyyətini başa vuran “Tyanqun-1” ilk kosmik stansiyası Pekin vaxtı ilə səhər 8:15-də (Bakı vaxtı ilə 4:15) Yerin atmosferinə daxil olub.
Biosfer.az gazeta.ru-ya istinadən xəbər verir ki, Sakit okeanın cənub hissəsi üzərində yerə düşən “Tyanqun-1”-in əsas hissəsi atmosferdə yanaraq məhv olub.
“Tyanqun-1” kosmik stansiyası 2011-ci ilin sentyabrında “Tszyutsyuan” kosmodromundan kosmosa buraxılıb və öz işini 2016-cı ilin martında başa çatdırıb. Bu müddət ərzində Çinin bir sıra qadın və kişi kosmonavtları onun orbitini ziyarət ediblər.