İsveçrədə qar uçqunu nəticəsində bir qrup turist itkin düşüb

Google+ Pinterest LinkedIn Tumblr +

Şənbə günü İsveçrənin Vale kantonunda baş vermiş qar uçqunu nəticəsində bir neçə nəfər itkin düşüb.

Biosfer.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən “Rottu Oberwallis” radiosu məlumat yayıb.

Hadisə Fişeralp kurortu yaxınlığında qeydə alınıb. İtkin düşənlərin axtarışlarına xilasedicilər cəlb olunub.

İlkin məlumatlara görə, söhbət 5 nəfərdən ibarət turist xizəkçilərdən gedir.

Kanton polis nümayəndəsi Matias Folkenin sözlərinə görə, axtarış əməliyyatları hava şəraiti ilə əlaqədar çətinləşib.

Paylaş