Bu gün əsən güclü külək Bakının Nərimanov rayonunun Aşıq Alı küçəsində yolu bağladı.
Biosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən Trend-ə verilən məlumata görə, hazırda yola aşan ağacın götürülməsi üçün işlər aparılır.
Orxan Məmmədov qeyd edib ki, Yasamal rayonu Zərdabi küçəsi, 3155-ci məhəllədə sağlam ağacın köhnə tikilinin üzərinə düşərək onu dağıdıb. Nizami rayonunda isə ağac elektrik xəttinin üzərinə üzərinə aşıb:
“Lakin ağac aşarkən yanında olan başqa ağacla elektrik xəttinin arasına düşdüyündən elektrik xəttini qıra bilməyib, yəni yandakı ağac onu saxlaya bilib. Buna görə də ərazidə elektrik xəttinin verilişində heç bir problem yaranmayıb”.