Papua-Yeni Qvineya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.
Biosfer.az.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb. Zəlzələnin episentri Kokopo şəhərindən 156 km qərbdə yerləşib. Onun dərinliyi 10 km olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilib.