Abşeron rayonunda ağacəkmə aksiyası

Google+ Pinterest LinkedIn Tumblr +

Abşeron Rayon İcra Hakimiyyəti növbəti ağacəkmə aksiyasını Bakı-Şamaxı avtomagistralının rayon ərazisindən keçən hissəsində təşkil edib.

Biosfer.az xəbər verir ki, “Gələcəyimiz üçün ağac əkək” devizi altında keçirilən ağacəkmə aksiyasında 300 ədəd Eldar şamı əkilib, ərazidə təmizlik-abadlıq işləri aparılıb.

“Sirab” şirkətinin dəstək verdiyi aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Paylaş